"Beşiktaş" keçmişinə qayıdır

31 Oktyabr 2013 17:39

"Beşiktaş" köhnə "Beko"suna qayıda bilər.
  

Milli.Az Fanatik-ə istinadən xəbər verir ki, meydanına Vodafone adı verən "Beşiktaş" indi də formalarının arxasına "Beko" yazılmasını istəyir.
  

Uzun illər "Beko" ilə çıxış etmiş "Beşiktaş"ın rəhbərliyi bu məqsədlə brendin istehsalını həyata keçirən "Koç" Holdinqin sahibi ilə danışıqlar aparır.
  

Tuncay Türbəndəzadə

Milli.Az