Goranboyda Korçay Dövlət Təbiət Qoruğuna Şirvan Milli Parkından 10 ceyran gətirilib

31 Oktyabr 2013 16:47
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboyda Korçay Dövlət Təbiət Qoruğuna Heydər Əliyev Fondunun dəstəyi ilə Şirvan Milli Parkından 10 ceyran gətirilib. Ceyranların öz təbii areallarına buraxılması mərasimi Goranboy rayon İcra Hakimiyyəti, yerli bələdiyyə və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu nümayəndələrinin iştirakı ilə keçirilib. Payız mövsümünün gəlişi ilə cütləşmə və ceyranların təbii artımını təmin etmək məqsədilə gətirilən ceyranların mühafizəsi və nəzarətini həyata keçirmək üçün onlardan ikisinin üzərinə GPS
cihazları quraşdırılıb ki, bununla da peyk vasitəsilə qeyri-qanuni ceyran ovunun qarşısını almaq mümkün olacaq.

Məlumat üçün bildirək ki, əsasən, ceyranların qorunduğu qoruq 5 hektara yaxın ərazini əhatə edir, qoruqda 600-dan artıq ceyran və digər heyvan növləri qorunur. Qoruq ərazisində 20-dən artıq mühafizəçi üçün 2 yeni yeger evləri tikilərək istifadəyə verilib.

Milli.Az