Daihatsu-dan iki kiçik variant - FOTOSESSİYA

31 Oktyabr 2013 22:54
Daihatsu şirkəti Tokio motorşousuna növbəti nəsil Copen rodsterin subkompakt konseptual variantlarını gətirəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtoşouda prototipin iki variantı göstəriləcək: "yolsuzluq" asqısıyla və daha ənənəvi kuzovla (sonuncu iki rəngdə təqdim ediləcək). Hər iki maşının qabarit uzunluğu 3395 millimetr, eni - 1475 millimetr, hündürlüyü isə 1275 millimetr təşkil edəcək. Hər iki avtomobil qatlama metal damla təchiz edilib.

İki nəfərlik konsept avtomobil variatorla cütlükdə işləyən 660 kub santimetrlik üç silindrli benzin mühərriklə təchiz ediləcək. Mühərrikin xüsusiyyətləri hələlik açıqlanmır.

Əvvəlki Copen 2002-2012-ci illərdə buraxılırdı. Model subkompakt Honda Beat rodsteriylə rəqabət aparırdı. Hazırda həmin modeli də dirçəltmək planlaşdırılır. Tokioya Honda Beat varisinin də konseptual variantını gətirəcəklər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.