Suzuki Tokio avtosalonunda gələn ay təqdim ediləcək üç konseptual modelin ilk təfərrüatlarını açıqladı.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, qırmızı Crosshiker 2011-ci ildə təqdim edilmiş və həmçinin debütü Tokio avtosalonunda olmuş Regina konsept avtomobilinin alternativi olan yığcam krossoverdir. Avtomobilin xüsusiyyətlərindən onun cəmi 810 kq təşkil edən yüngül çəkisini və həmçinin yeni 1.0 litrlik 3 silindrli mühərrikini qeyd etmək olar.
X-Lander gümüşü konsepti Jimny platformasında hazırlanıb. Onun transmissiyası avtomatik birləşməylə tamötürmə sistemindən, 1.3 litrlik mühərrikdən və bu yaxınlarda hazırlanmış mexaniki ötürücü qutudan ibarətdir. Bununla belə, əslində konsept hibriddir, çünki, onun tam ötürmə sisteminin əsasında kiçik elektrik mühərriki durur.
Narıncı HUSTLER açıq havada idmanı və istirahəti sevənlər üçün hazırlanmış mini krossoverdir.
Milli.Az