LinkedIn-in vəziyyəti yaxşı deyil

9 Noyabr 2013 12:43
LinkedIn peşəkar sosial şəbəkəsi hesab edir ki, cari rübdə onun gəliri istifadəçi bazasının artımında qeydə alınan ləngimə və reklam fəallığının azalmasına görə analitiklərin gözləntilərindən aşağı olacaq. Dördüncü rübdə mədaxil 415-420 milyon dollar təşkil edəcək, halbuki analitiklər bu göstəricini 439 milyon dollar səviyyəsində proqnozlaşdırırlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, üçüncü rübdə satış həcmi 393 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% çoxdur. İnvestorlar qeyd edirlər ki, göstəricilərin artımında ləngimə qeydə alınması ilə rastlaşan LinkedIn şəbəkəsi ABŞ-dan kənarda yeni istifadəçilərin cəlb edilməsi üzrə imkanlar axtarır, həmçinin 259 milyon insan əsasında yeni qazanc proqramları yaradır.

LinkedIn şəbəkəsinin istifadəçilərinin ümumi sayı son ildə 39% artım göstərərək 187-dən 259 milyona qədər artıb. Bir ildə LinkedIn şəbəkəsində ödənişli xidmətlər seqmentində satışların həcmi 62% artaraq 224,7 milyon dollar olub. Bir il əvvəl artım göstəricisi 95% təşkil edib.

Milli.Az