Məşhur türk gözəl qəzaya düşdü - FOTO

30 Oktyabr 2013 14:28
Türkiyənin qlamur gözəllərindən olan model Seben Koçibey və iş adamı Mehmet Pisakın alış-verişi pərişanlıqla başa çatıb.


Milli.Az AHT-yə istinadən bildirir ki, dünən İstanbulun Akmerkez səmtində alış-veriş edən Pisak ticarət mərkəzinin qarşısında Range Rover markalı avtomobilini saxlamışdı.


O, Seben Koçibeylə mərkəzdən çıxıb maşına oturub və avtomobili işə salıb. Yolun qarşı tərəfinə keçmək istəyəndə hərəkətin əks zolağına girib.

Bu an "Range Rover" qarşıdan gələn BMW markalı avtomobillə toqquşub.


Qəzada yaralananlar olmasa da, maşınlara ağır ziyan dəyib.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: AHT