Citroen-dən yeni model - FOTO

29 Oktyabr 2013 18:23
Citroen şirkəti Cactus konsept avtomobilinin motivləri əsasında yığılmış yeni seriya modelin fraqmentini göstərib. Sıyrıntılardan və yüngül zərbələrin nəticələrindən qaçmağa imkan verən xüsusi Air Bump taxmalarıyla təchiz edilmiş yeni modelin kuzovunun yan hissəsi TF1 kanalında çıxan Auto Moto fransız televiziya verilişində nümayiş etdirilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, C4 Cactus adlanacaq yeni "Sitroen" növbəti il fevralın 5-də, fransız avtoistehsalçısının banisi Andre Sitroenanın ad günündə məxfilikdən çıxardılacaq. Jurnalistlərə göstərilmiş fraqmentə əsasən seriya maşını prototipdən kuzovun və ənənəvi qapıların orta dayağının mövcudluğuyla fərqlənir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.