Milli.Az 4charx.com-a istinadən bildirir ki, 5,2 metrlik Range Rover LWB zirvə versiyası Autobiography Black olacaq. Gələn il isə yolsuzluq avtomobilinin 150 min funt sterlinqdən yuxarı dəyəri olacaq hibrid modifikasiyasını təqdim edəcəklər. Bu tarixdə ən bahalı Range Rover olacaq.
Üslub cəhətdən model çox az dəyişib - istehsalçılar çalışdılar ki, əlavə edilmiş uzunluq mütənasibliyi pozmasın. Arxa sıra sərnişinlərinin ayaqları üçün sahə 14 santimetr böyüyüb, həm də arxada həm ayrı-ayrı kürsülər, həm də ümumi divan qurula bilər. Passenger Seat Slide Away funksiyası qabaq kürsünü avtomatik sürüşdürməyə imkan verir ki, arxa sıra daha geniş olsun.
Uzadılmış Range Rover baza komplektasiyasında panorama damı ilə Autobiography və Autobiography Black komplektasiyalarında əlçatan olacaq. Son versiya Bentley və uzun baza Mercedes S-Class modelləriylə cah-calal baxımından rəqabət apara biləcək.
Bu avtomobil yeni Jaguar Land Rover bölməsinin "Engineered To Order-in" ("Sifarişlə Hazırlanmışdır") ilk məhsulu kimi nümayiş etdiriləcək.
Milli.Az