Wikipedia internetsiz də olacaq

28 Oktyabr 2013 20:15

Wikimedia Foundation fondu Airtel şirkəti ilə birgə layihə istifadəyə verib. Fondun rəsmi bloqunda yazılıb ki, söhbət Wikipedia ensiklopediyasından oflayn istifadə üçün ödənişsiz SMS xidmətindən gedir. Yeni xidmət Wikipedia Zero adlanır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, layihə hələ pilot mərhələsindədir. Xidmət Keniyada üç ay müddətində sınaqdan keçiriləcək. Onlayn ensiklopediyadan oflayn istifadə üçün adi mobil telefon və smartfon sahibləri *515# kodunu yığmalı və bir neçə dəqiqləşdirici SMS mesajdan sonra istifadəçilərə onlara lazım olan məqalə göndəriləcək.

Milli.Az