Sərhəd zastavasında valideyn günü keçirilib - VİDEO

28 Oktyabr 2013 14:52
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Oğuzun Xal-Xal kəndində yerləşən sərhəd zastavasında valideynlər günü keçirilib. Bunun üçün valideynlərə xüsusi dəvət göndərilib.

Görüş zamanı əsgərlərin valideynləri övladlarının xidmət etdiyi zastava ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Valideynlərə zastava barədə məlumat verilib, valideyn gününün önəmindən danışılıb. Valideyn günlərinin keçirilməsi ənənəsinə bir ildən çoxdur ki, start verilib. Belə tədbirlərin keçirilməsinin əsas səbəbi isə valideynlərlə komandirlər arasında daha sıx, yaxşı münasibətlər yaratmaq və bu yolla da əsgərlərin problemlərinin daha rahat həllinə nail olmaqdır.

Tədbir çərçivəsində həmçinin xidmət zamanı fərqlənmiş əsgərlər mükafatlandırılıb, nizam-intizamla qulluq edən əsgərlər fəxri fərmanla təltif edilib.

Daha sonra valideynlər üçün hərbi hissə daxilində kiçik gəzinti təşkil edilib. Onlar əsgərlərin qaldığı şəraitlə yaxından tanış olublar.

Tədbirin sonunda valideynlər əsgərlərlə birgə nahar ediblər.

Milli.Az