Bakı “İnter”i Afrikaya niyə gedir?

28 Sentyabr 2010 19:30
Milli.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, CAR-da keçiriləcək "Danone Beynəlxalq Kuboku" futbol turnirində Azərbaycanı Vəli Hüseynovun yetirmələri təmsil edəcəklər.

Beynəlxalq turnirdə 40 ölkənin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Danone Beynəlxalq Kuboku" uşaqlar arasında keçirilən ən böyük turnir hesab olunur. 1000-dən artıq uşaq futbolçunun qatıldığı turnirdə komandalar "Dünya çempionu" adını qazanmağa çalışacaq. Tanınmış futbolçu və "Danone Beynəlxalq Kuboku"nun rəsmi səfiri Zinəddin Zidanın da turnirin final mərhələsində iştirakı nəzərdə tutulur.

Milli.Az