"06" "Range Rover"lə toqquşdu

27 Oktyabr 2013 12:08
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Gəncədə yol qəza hadisəsi baş verib. Şəhər sakini Yaşar Rzayev idarə etidiyi "VAZ 2106" markalı avtomobillə Şah İsmayıl Xətai prospekti ilə hərəkətdə olarkən yol ayırcından Atatürk prospektinə dönmək istəyib.

Bu zaman "VAZ 2106" qarşıdan gələn Cəfəri Samirin idarə etdiyi "Range Rover" markalı avtomobillə toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Qəzaya səbəb kimi dönmək istəyən "Jiquli"nin yol ayrıcını kəsmə qaydasını pozduğu göstərilir.

Qeyd edək ki "VAZ 2106" marakalı avtomobilin sürücüsünün sükan arxasında əyləşmək üçün hüquqi sənədi olmayıb. Baş vermiş hadisə ilə avtotexniki ekspertiza təyin
olunub.

Milli.Az