Berti Foqts: "Azərbaycanda artıq maraq yoxdur, getmək istəyirəm"

26 Oktyabr 2013 09:26

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizdəki fəaliyyətini davam etdirmək istəmir. Azerisport.az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssis özü məlumat verib.
 

O, "Sky Sports"a açıqlamasında bunları bildirib: "Bu gün üçün mənim orada görüləsi heç bir işim qalmayıb. Mənim gələcək üçün tamamilə fərqli planlarım var".
 

Qeyd edək ki, Foqts yığmamızda çalışmaqda artıq maraqlı olmadığını bir müddət öncə də ifadə etmişdi. Eyni zamanda AFFA rəhbərliyi də onunla müqavilənin müddəti başa çatandan sonra yeni baş məşqçi axtarışına çıxacaqlarını gizlətmir.

Milli.Az