LinkedIn sürətlənmək istəyir
17 Noyabr 2013 17:47
LinkedIn peşəkar sosial şəbəkəsi bildirib ki, hazırda istifadəçilərin təxminən 38%-i mobil qurğular üzərindən resursa daxil olur. Gələn il bu göstərici 50%-dək artacaq. LinkedIn istifadəçilərinin ümumi bazası hazırda 238 milyon insan təşkil edir. Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil istifadəçilərin sayını artırmaq üçün şirkət mobil tətbiqlərini tez-tez yeniləyəcək və onları başqa istehsalçıların müxtəlif platformaları ilə birləşdirəcək. Bu barədə sözügedən şirkətin nümayəndələri mətbuat konfransında deyiblər.
Milli.Az