Ən dəqiq displey göstərildi

26 Oktyabr 2013 23:23
Toshiba, Sony və Hitachi daxil olmaqla Japan Display birgə müəssisəsi 3840×2160 nöqtə təsvir ölçülü (4K) 12,1 düymlük ekran təqdim edib. Göstərilən nümunədə ekran çərçivəsinin qalınlığı yan tərəflərdən 2 mm, yuxarı və aşağı hissələrdən 6.8 mm təşkil edib. İstehsalçılar bildiriblər ki, baxış bucağı 160 dərəcədir, parlaqlıq isə 500 nitə qədərdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən panellərin aşağı enerji sərfiyyatı və qalınlığının az olması planşetlərdə onlardan istifadəyə icazə verəcək. Bu həllin kommersiya istifadəsinə başlanılacağı tarix bilinmir.

Milli.Az