3D çap bazarı sıxlaşır

17 Noyabr 2013 13:40
Hewlett-Packard (HP) üçölçülü çap üçün qurğular istehsalına başlamaq niyyətindədir. Bu barədə şirkətin icraçı direktoru Meq Uitman deyib.

3D çap hazırda erkən inkişaf mərhələsindədir. Biz bu imkandan istifadə etmək istəyirik. Biz bu biznes sahəsində lider olmaq niyyətindəyik - xanım Uitman deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, HP-nin direktoru qeyd edib ki, şirkət artıq həcmli çap texnologiyalarını hazırlayır. Hazırda adi butulkanın çap olunmasına 8-10 saat vaxt sərf olunur. Bu, çox maraqlıdır, lakin eyni zamanda kənardan dayanıb əriyən buzu müşahidə etməyə bənzəyir - Meq Uitman deyib. Buna görə HP şirkəti müasir 3D printerlərdən daha sürətli işləyəcək qurğuların işlənib hazırlanmasını planlaşdırır.

HP şirkəti 3D çap üçün ilk qurğunu təxminən gələn ilin ortalarında təqdim etmək niyyətindədir.

Milli.Az