37 yaşlı amerikalı yaxtsmen Luis Cordan Şimali Karolina ştatının sahillərindən 320 kilometr aralıda, Atlantik okeanında tapılıb.
O, sıradan çıxmış "Angel" yaxtasında 66 sutka okeanda qalıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, təcrübəli yaxtsmen olmayan L.Cordan Cənubi Karolina sahillərinə balıq tutmağa yollanmışdı. 15 metr uzunluqdakı yaxtası okean dalğalarında çevriləndə Cordanın çiyin sümüyü sınıb.
Yaxtanı normal vəziyyətə qaytaran Cordan qayıqdakı bütün avadanlığın sıradan çıxdığını görüb.
Çiynindəki travma bir qədər sağalanda Cordan qayıqda yeni dor ağacı düzəldərək yelkən asıb. O, okeana çıxanda qayıqda kiçik yemək və su ehtiyatı götürdüyündən dreyf zamanı yağış suyu içərək çiy balıq yemək məcburiyyətində qalıb.
L.Cordanı Almaniya bayrağı ilə üzən Almaniya tankeri xilas edib.
O, Virciniya ştatındakı Norfolk şəhərində yerləşən " Sentara Norfolk General Hospital"a yerləşdirib.
Luis Cordanın ailəsi hələ yanvar ayında onun itkin düşdüyünü polisə xəbər vermişdi.
Luis Cordanı axırıncı dəfə yanvarın 23-də, Cənubi Karolinadakı Mirtl-Biç sahillərində balıq tutanda görmüşdülər.
Milli.Az