Quba sakini qayınanasını "soyub"
9 Fevral 2010 09:48
Bu, rayonun Timirzayev qəsəbəsinin sakini Elmar İbrahimovdur. Araşdırmalar zamanı məlum olub ki, Elmar qayınanasına məxsus qızıl-zinət əşyaları və xeyli pul oğurlayıb.
Dindirmə zamanı Elmar hərəkətini borcunun olması ilə izah edib. Oğurluqlara isə ötən ildən başladığı məlum olub.
Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
ANS TV