Amerikanın ən böyük bankı minlərlə işçisini qovdu

25 Oktyabr 2013 09:15
Amerikanın ən iri bank təşkilatı olan "Bank of America" ilin sonuna qədər işçilərinin sayını 3 min nəfərə qədər azaldacaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq 1200 işçi vəzifəsindən azad edilib.

Bank rəhbərliyi bu təşəbbüsü aktivlərin strukturlarının dəyişdirilməsi ilə əlaqələndirir.

Qeyd edək ki, ötən həftə həmin bankda ipoteka kreditlərinin verilməsi prosesində fırıldaqçılıq halları aşkarlanmışdı.

Milli.Az