Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Çəhrayı ulduz" adlanan çəhrayı brilyantın ilkin satış qiyməti 64,77 milyon dollardır.
59,6 karatlıq çəhrayı brilyant Sotheby's hərrac evinin İsveçrənin Cenevrə şəhərində keçirəcəyi hərracda satışa çıxarılacaq.
1999-cu ildə Cənubi Afrika Respublikasında, De Beers korporasiyasının mədənlərindən birində aşkarlanmış çəhrayı almazdan iki il davam edən cilalanma nəticəsində alınmış "Çəhrayı ulduz" unikaldır. ABŞ-ın Amerika Gemmologiya İnstitutunun (GİA) açıqlamasına görə, "Çəhrayı ulduz" qüsursuz brilyantdır.
2010-cu ildə "Çəhrayı Qraff" adlı çəhrayı brilyant 46,94 milyon dollara satılmışdı.
"Çəhrayı ulduz" dünyada 11A tipli, xüsusi şəffaflığı və kimyəvi təmizliyi ilə tanınan almazlar tipindən alınıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.