Pişiyinin hesabına milyonçuya dönənin fırıldağı - FOTO

4 Aprel 2015 16:47

İngiltərənin Surrey qraflığında doğulmuş Ceyms Bouen Avstraliyada böyüyüb və 1997-ci ildə Dumanlı Albiona qayıdıb.

Narkoman Bouen 10 il evsiz-eşiksiz idi.
 

Lakin 2007-ci ildə onun həyatı dəyişib. Çünki küçələrdə gitara çalaraq pul dilənən Bouen "Bob" adlı pişiyindən bəhs edən kitabını dərc etdirmişdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 36 yaşlı Bouenin "A Street Cat Named Bob" adlı kitabı satışa çıxandan sonra populyar oldu.

Kitabın satışda olduğu ilk 3 ildə C.Bouen 500 min funt-sterlinq qazandı, sonrakı illərdə də onun gəlirləri səngimədi. Beləcə, narkoman, işsiz C.Bouen milyonçuya çevrildi.
 

Fəqət, külli miqdarda pul qazanmasına rəğmən, C.Bouen Londonun şimalındakı Herinqey səmtində bələdiyyənin ona 2010-cu ildə ayırdığı kiçik mənzildə yaşayır.
 

İşsizlərə və evsiz-eşiksizlərə yardım proqramı çərçivəsində belə mənzillər ehtiyacı olanlara verilir, icarə pulunu da şəhər büdcəsi ödəyir.

Bouen də icarə pulu ilə bahəm, işsizliyə görə müavinət almağa davam edir.
 

2012-ci ildən bəri Bouenə, sadəcə, mənzilə görə icarə pulu müavinəti qismində 15500 funt-sterlinq verilib.

Herinqey bələdiyyə bu fırıldaqla bağlı bildirib ki, Bouenin qanunsuz əməllərindən yalnız fevral ayında xəbər tutub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.