Symantec-in gəlirləri azalır

24 Oktyabr 2013 23:44
Dünyanı iri antivirus proqram təminatı istehsalçısı Symantec bu rübdə şirkətin mədaxili və gəlirinin analitiklərin gözləntilərindən az olacağını proqnozlaşdırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, istehsalçının proqnozlarına görə, bu rübdə onun əməliyyat gəliri 1,63-1,67 milyard dollar səviyyəsində satış üzrə hər səhmə görə 41 sentdən 43 sentədək olacaq.

Şirkətin baş direktoru Stiv Bennet bildirib ki, Symantec bütün əsas bölmələri üzrə heyətin ixtisarını davam etməkdə məcbur olacaq. Öncə Bennet Symantec şirkətinin qlobal restrukturlaşması üzrə kiçik illik plan haqda məlumat verib.

O, ötən rübü şərh edərək bildirib ki, hazırda şirkət korporativ sektorda həllərin satış həcminin əhəmiyyətli dərəcədə azalmasını müşahidə edir, halbuki Symantecin mədaxilinin 80%-dək hissəsi məhz biznes satışlardan gəlir.

Bennet bildirib ki, şirkət hazırda bazarın təhlilini aparır və məhsul xətlərini bazar tələbatına uyğun şəkildə yenidən qurmaq niyyətindədir.

Rüblük göstəricilərin nəşrindən sonra Symantecin səhmlərinin qiyməti 14% düşərək 24,62 dollar təşkil edib, baxmayaraq ki, ümumilikdə Bennetin şirkətə gəlişindən sonra (2012-ci ilin iyul ayından) onların qiyməti 87% çoxalıb.

Bloombergə müsahibəsində şirkət rəhbəri bildirib ki, Symantec satışların məntiqini dəyişir və bazarın vertikal və horizontal seqmentlərində satışları üzrə konkret menecer təyin edir. Öncə bizim menecerlərimiz daha çox yığıcı olublar, indi isə onlar ovçu olmalıdırlar , - deyə o bildirib.

Symantecdə bildiriblər ki, göstəricilərin düşməsinin əsas üç səbəbi var: makroiqtisadiyyatda iqtisadi çətinliklər, fərdi kompüterlərin satışlarının azalması və həmçinin bulud serverlərinə keçid, bu da məsafədən məlumatların saxlanılmasını nəzərdə tutur və müvafiq olaraq əvvəlki həcmdə məlumatların lokal mühafizəsini istisna edir.

Sentyabrın 27-də başa çatmış hesabat rübündə şirkət bir il öncəki 189 milyon dollara və ya 27 sentə qarşı 241 milyon dollar və ya hər səhmə görə 34 sent həcmində xalis gəlir əldə edib. Mədaxil 1,64 milyard dollar təşkil edib.

Milli.Az