"Rabat"ın qapıçısı Xalid Askri səhvi üzündən qol buraxdıqdan sonra meydanı tərk edib. Topu uzaqlaşdırmaq əvəzinə rəqib hücumçunu aldatmaq istəyən qapıçı bir anda şoka düşüb. Rəqib hücumçu topu onun ayaqlarından "oğurlayaraq" hesabı açıb. Qoldan sonra böyük etirazlarla qarşılaşan Xalid Askri komanda yoldaşlarının bütün israrlarına baxmayaraq, formasını yerə ataraq, meydanı tərk edib.