Nadir Qafarzadəni metroda, avtobuslarda görəcəksiniz

23 Oktyabr 2013 16:14
 Müğənni Nadir Qafarzadə maşınsız qalıb
Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, ifaçı bu gün "Chevrolet" markalı, 90 BU 427 dövlət seriyalı maşınını satıb.

Məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq. O, məlumatı təsdiqlədi: "Düzdür, maşınımı bu gün satdım. Mənə maraqlıdır ki, bundan haradan xəbər tutmusuz? Çoxdan satmaq niyyətində idim. Satdım, hazırda maşınsızam".

Qeyd edək ki, bundan sonra müğənni ictimai nəqliyyatdan istifadə edəcəyini deyib.

Milli.Az