Milli.Az 4charx.com-a istinadən bildirir ki, BMW M550d-ın qara kuzovuna bortlar boyu ağ zolaqlar çəkilib və radiatorun qara barmaqlığında BMW Motorsport üçrəngi peyda olub. Avtomobilin axarlılığı Vorsteiner emalatxanasının karbon lifindən hazırladığı aerodinamik asma hissələri (qabaq splitter, arxa diffuzor və yük yeri qapağının spoyleri) ilə yaxşılaşdırılıb. M Performance zavod paketindən yan ətəklər və arxa görünüşün güzgülərin karbon əlavələri götürülüb. Xarici yenilikləri 21 düymlük Vorsteiner VS-340 diskləri tamamlayır.
Salonda M Performance alkantara sükanı, karbon plankaları və həmin paketdən ötürmə qutusunun qulpu götürülüb, döşəməyə isə Vorsteiner alman tünerinin xalçaları döşənib.
Milli.Az