Milli.Az 4charx.com-a istinadən bildirir ki, qara "Crystal Black Silica" rəngiylə rənglənmiş, yığcam şəhər yolsuzluq avtomobilinin kuzovuna gümüşü detallar (bamperlərdə yerləşdirmələr, kəndarlar və damda reylinqlər) əlavə edilib. Bundan başqa avtomobil yüngül lehimli ağ-qara disklər, brızqovik dəsti, yük yerində əlavə bölmələr və salonda rezin ayaqaltılar əldə edib. Ştat komplektasiyasına qabaq kürsülərin isidilməsi, arxa görünüş kamerası, ksenon faralar, iki zonalı klimat-kontrol, kruiz-kontrol, ton verilmiş şüşələr, qatlanan elektrik arxa görünüş güzgüləri və Bluetooth daxildir.
Subaru XV Black 2,0-litrlik dizel və 6-pilləli mexaniki ötürücü (24 995 funt sterlinq) və ya avtomat Lineartronic ötürücü qutu və 2,0-litrlik benzin mühərriki ilə (24 495 funt) təchiz edilir.
Milli.Az