14 yaşlı şagird müəllimini doğradı

25 Oktyabr 2013 17:49
ABŞ-da 14 yaşlı şagird 24 yaşlı müəllimini bıçaqlayıb. Qanlı cinayət Massaçusets ştatındakı Denvers şəhərində törədilib.

Milli.Az ABC News-a istinadən bildirir ki, 14 yaşlı Filip Çizmin müəllimi Kolin Ritserpi qətlə yetirməsinin səbəbləri bəlli deyil. Lakin məktəb rəhbərliyi bildirir ki, dərslərdən sonra Kolin Ritser həmin şagirdin riyaziyyatdan əlavə məşğələyə qalmağını xahiş edib.
 

Filip Çizminin sinif yoldaşı Raniya Redaui deyib: "Filipp sinif yoldaşları ilə çalışmaq istəmirdi. O, həmişə fərdi çalışırdı. Dərslərdə də əlini qaldırmır, sual vermirdi. Riyaziyyat dərsində yoxlama yazırdıq. Filip noutbukunda nə isə edirdi. Müəllim Kolin bunu gördü, amma Filipə heç nə demədi".

Dərslərdən sonra Filip sinifdə qalıb. 15:30-da isə Çizm müəllimini məktəbin ayaqyolunda bıçaqlayıb, sonra cəsədi zibil yeşiyinə atıb. Bundan sonra Çizm zibil yeşiyini məktəbin arxasındakı ağaclığa aparıb.
 

Qətldən sonra Filip Çizm kinoteatra yollanaraq kinoya baxıb.

Məhkəmədə Filip Çizm ona qarşı irəli sürülən ittihamları rədd edib.
 

Məktəbin futbol yığmasının üzvü olan Çizmin ailəsi əvvəllər Tennesi ştatında yaşayıb, bu yaxınlarda Denversə köçüb.

Bu gün Denvers şəhərindəki məktəblərdə dərslər təxirə salınıb.
 

Milli.Az