Böyük qalmaqal: "Qadın it kimidir, sümüyü at, sənin olacaq" - FOTO

23 Oktyabr 2013 15:25

ABŞ-da Massaçusets Texnologiya İnstitutunu (MİT) bitirmiş riyaziyyatçı Brendon Ueydin hazırladığı və AppStore ilə Google Play-də yerləşdirdiyi "Carrot Dating" (Yerkökü tanışlığı) proqramı böyük qalmaqala səbəb olub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, proqram istifadəçilərinə pulla çip təklif edir. Çip alan kişilər saytda qeydiyyatdan keçmiş, tanışlıq arayan qadınlara hədiyyələr yollayırlar. Kişilər bu proqramda qadınlara görüşmək üçün bir bak benzindən tutmuş, plastik cərrahiyyə əməliyyatının pulunun ödənməsinədək ağıllarına nə gəlirsə, vəd edə bilərlər.
 

Qadınlar hədiyyələri qəbul etdikcə virtual görüşlər davam edir və sonda qadın razılaşarsa, kişi ilə gerçəkdə görüşür.

Ekspertlərin fikrincə, bu proqram qadınları fahişəliyə sürükləyir, qadınların haqlarını kobud şəkildə pozur.
 

WhatsYourPrice.com saytının yaradıcısı olan Brendon Ueydin "Carrot Dating" proqramının videoreklamında deyilir: "İtə sümük ver, sənin dostun olsun. Qadın da it kimidir - sümüyü at, sənin olacaq. Qadına hədiyyələr verin, sizə yaxın gəlsin. Onlayn tanışlıq aləmində qadınlar daha üstün mövqedədir. Onlar saysız-hesabsız kişilərdən təkliflər alırlar.

Kişilər isə qadından cavab almaq üçün mübarizə aparmalıdır. Fəqət bizim proqram sizə qadının burnunun ucunda yerkökünü yelləməyə imkan verin. O yerkökü ilə qadını şirnikləndirin və qadın sizin olacaq".

Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.






Fotolar: Daily Mail