Azərbaycan Super Kubokunun qalibi müəyyənləşdi - YENİLƏNİB - FOTOSESSİYA

23 Oktyabr 2013 19:40
16:56

Bu gün futbol üzrə Azərbaycan Super Kubokunun qalibi müəyyənləşdi. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının və Azərbaycan kubokunun qalibi olan "Neftçi" klubu "Xəzər Lənkəran" qarşılaşdı.

Paytaxt təmsilçisi hər 2 titulu qazandığına görə, bu matçda ölkə kubokunun finalçısı "ağ-yaşıllar"la üz-üzə gəldi. Həm də "Böyük oyun" adlanan bu komandaların görüşünü futbolsevərlər böyük maraqla gözləyirdi.

Onu da qeyd edək ki, "Neftçi" iki dəfə Superkuboku qazansa da "Xəzər Lənkəran" buna nail ola bilməmişdi.

IV Azərbaycan Superkuboku
23 oktyabr (çərşənbə)

"Xəzər Lənkəran" - "Neftçi" - 2:1
QOLLAR: Etame, 27; Rasim Ramaldanov, 90 - Kardozo, 69
QIRMIZI VƏRƏQƏ: Sadio Tounkara, 64
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu

"Xəzər Lənkəran": 33. Duqlas Leite, 3. Vanderson Skardueli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deivid Sakkoni, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə
Baş məşqçi: Con Toşak

"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Məşqçi: Tərlan Əhmədov

--------
16:47

Milli.Az xəbər verir ki, "Neftçi" - "Xəzər Lənkəran" oyununda üçüncü top vuruldu. Oyunun 89-cu dəqiqəsində "Xəzər Lənkəran"ın oyunçusu Rasim Ramaldanov fərqlənib. "Neftçi" - "Xəzər Lənkəran" - 1:2.

---------
16:26


Milli.Az xəbər verir ki, "Neftçi" - "Xəzər Lənkəran" oyununda hesab bərabərləşib. Matçın 70-ci dəqiqəsində Karlos Kardoso rəqibləri məyus edib.

Qeyd edək ki, oyunun 64-cü dəqiqəsində "Xəzər Lənkəran"ın oyunçusu Sadio Tounkara qırmızı kart alaraq oyunu tərk edib.

"Xəzər Lənkəran" - "Neftçi" - 1:1

---------
15:28


Milli.Az xəbər verir ki, "Neftçi" - "Xəzər Lənkəran" oyununun 28-ci dəqiqəsində lənkəranlılar hesabı açıblar.

"Xəzər Lənkəran" - "Neftçi" - 1:0

--------
15:00


Milli.Az Apasport.az saytına istinadən bildirir ki, Azərbaycan Superkuboku uğrunda "Neftçi" - "Xəzər Lənkəran" oyunu başlandı

IV Azərbaycan Superkuboku
23 oktyabr (çərşənbə)

15:00. "Xəzər Lənkəran" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu

"Xəzər Lənkəran": 33. Duqlas Leite, 3. Vanderson Skardueli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deivid Sakkoni, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə
Baş məşqçi: Con Toşak

"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Məşqçi: Tərlan Əhmədov

-----------
09:40

Bu gün futbol üzrə Azərbaycan Superkubokunun qalibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olan "Neftçi" klubu ilə "Xəzər Lənkəran" qarşılaşacaqlar.

Paytaxt təmsilçisi hər 2 titulu qazandığına görə, bu matçda ölkə kubokunun finalçısı "ağ-yaşıllar"la üz-üzə gələcək. Həm də "Böyük oyun" adlanan bu komandaların görüşünü futbolsevərlər böyük maraqla gözləyir.

Onu da qeyd edək ki, "Neftçi" iki dəfə Superkuboku qazansa da, "Xəzər Lənkəran" buna nail ola bilməyib.

IV Azərbaycan Superkuboku
23 oktyabr (çərşənbə)


15:00. "Xəzər Lənkəran" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu

Milli.Az

---------
19:40

Böyütmək üçün şəkillərə klikləyin.