HB Güven klinikasında Türkiyədən gələn uzman həkim bütün növ cərrahi əməliyyatları həyata keçirəcək - FOTO
23 Oktyabr 2013 09:45
Türkiyədən gələn uzman həkim, ümumi cərrah Niyazi Eminov artıq bütün növ cərrahi əməliyyatları HB Güven klinikasında həyata keçirəcək. Cərrah 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsində təhsil almışdır. 2003-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin 3-cü cərrahi xəstəliklər kafedrasında klinik ordinatura keçmiş, 2007-2013-cü illərdə İstanbul Universiteti, Cərrahpaşa tibb fakültəsi ümumi cərrahiyyə kafedrasında uzmanlıq keçmişdir. Həyata keçirilən müalicə və əməliyyatlar aşağıdakılardır:
- Endokrin cərrahiyyə (qalxanabənzər vəzin (zob), paratiroid vəzlərin (adenomaların), böyrəküstü vəz xəstəliklərinin cərrahi müalicəsi)
- Süd vəzi cərrahiyyəsi (dishormonal mastopatiya (fibrokistik dəyişiklik), süd vəzisinin xoşxassəli törəmələrinin konservativ və cərrahi müalicəsi və izlənməsi)
- Abdominal cərrahiyyə (mədə, nazik və yoğun bağırsaqların, öd kisəsi, öd yollarının, qaraciyər, mədəaltı vəzi, dalağın cərrahi xəstəliklərinin, qarının ön divarı yırtıqlarının və kəskin qarınla müşahidə olunan cərrahi xəstəliklərin təcili cərrahiyyəsi)
- Proktologiya (anal çatların, pereanal svişlərin, babasilin, rektoselin, rektovaginal fistulaların, anal çatışmazlıqların və rektal prolapsusun müasir cərrahi müalicəsi)
- Laparoskopik cərrahiyyə (laparoskopik appendektomiya, laparoskopik xolesistektomiya, laparoskopik qarının ön divarı yırtıqlarının cərrahi müalicəsi, qastroezofageal reflyuksun laparoskopik Floppy-Nissen fundoplikasiya metodu ilə müalicəsi, peptik xoraların deşilməsində təcili laparoskopik cərrahi müalicə) və s. son texnologiyalarin köməyi ilə həyata keçirilir.
HB Güven klinik. Bizim ünvan: Bakı, Atatürk prospekti, 3078
Telefonlar: (012) 436 14 96, (012) 436 51 51, (012) 959
Web: www.guvenklinik.com
Sağlam Gələcək Bizimlə Gələcək!
Böyütmək üçün şəkillərə klikləyin.