Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib
22 Oktyabr 2013 20:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.G.Vəliyevin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin".
Milli.Az