Nanə Ağamalıyevanın "Gün keçir" proqramında prodüser Tarix Əliyev ağlayıb
Milli.Az Qafqazinfo-ya istinadən məlumatına görə, verilişdə həyatı haqda hazırlanan video-rolikə baxan prodüser göz yaşlarını saxlaya bilməyib:
"Röyanın bir fanatı vardı Nuru. O, yadıma düşdü, Röyanı çox sevirdi. Mən burada toy tutmaq üçün ağlamıram. Allaha şükür maşınım, evim var, hər həftə Mirmövsüm Ağanın qəbrini ziyarət edirəm.
Burada bəzi oğlanların mənə ürəyində o qədər söz var, üzümə deyə bilmir. İnsanların gördüyü işləri nəzərə alın, onun şəxsi həyatına qarışmayın. Güldükləri kişi müğənniləri toylarına çağırıb başda otuzdururlar. Fahişə dedikləri müğənnini ailələri qucaqlayıb şəkil çəkdirir. Əgər düşünürsünüzsə, bu müğənni pisdir onu ailənizin içinə niyə salırsınız". Milli.Az