Heyz qüslündən sonra dəstəmaz almaq lazımdır, ya yox?

22 Oktyabr 2013 21:14
Bəli, heyz qüslü aldıqdan sonra namaz qılmaq üçün dəstəmaz almaq lazımdır.

Milli.Az İslam.az-a istinadən bildirir ki, istihazə, nifas, meyitə toxunmaq qüslü də beləcə. Təkcə cənabət qüslündən sonra nəinki dəstəmaz almağa ehtiyac yoxdur, hətta dəstəmaz almaq olmaz. Namazları cənabət qüslü ilə qılmaq lazımdır. Amma əgər cənabət qüslü alan zaman paklığı pozan əməl baş versə, yəni qüsl vaxtı insandan sidik ya mədə yeli çıxsa, ehtiyata görə qüslü təzədən almaq, sonra isə dəstəmaz almaq lazımdır. Bu hökmlərin hamısı həm kişilərə, həm də qadınlara aiddir.

Milli.Az