Bu da Barak Obamanın maşını

24 Oktyabr 2013 15:57
Barak Obamanın "Vəhşi Heyvan" ləqəbli prezident limuzininin təfərrüatları "Autoweek" jurnalına məlum olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, obamanın prezident limuzini doğrudan da Cadillac -ın unikal modelidir, çünki ki, məxfi xidmətin agentlərindən birinin sözlərinə görə, hətta onun kapotunda və yük yerində nişanlar belə standartlardan daha böyükdür. İndiyə kimi Detroytdakı General Motors müəssisəsində yalnız 12 ədəd buraxılmış limuzin həmin agentin sözlərinə görə, "limuzin kimi görünən yük maşınıdır".

Bu, sözsüz ki, dünyada ən qənaətli avtomobil deyil, bir halda ki, orta hesabla hər kilometrdə 63.5 l yanacaq sərf edir və bu da təəccüblü deyil, çünki, onun təchizatla birgə çəkisi 6.800 kiloqrama bərabərdir. $ 1.5 milyon qiyməti olan limuzinin zirehli qapıları o qədər ağırdır ki, onları içəridən açmaq praktik olaraq mümkün deyil.

Avtomobilin yanacaq çəni də zirehlidir və onu qəza və ya atış nəticəsində zədələnmədən qoruyan xüsusi köpüklə bükəcəklər. Bundan başqa, avtomobil bort yanğın söndürmə sistemi, radiator barmaqlığı arxasında xüsusi bloklama mexanizmləri, gecə görmə kamerası və hərbi təyinatlı zirehlə təchiz edilib.

Güclü V8 dizel mühərriki ilə hərəkət edən bu prezident limuzininin salonu kimyavi silah hücumlarından qorunur, həmçinin peyk telefonuyla və xüsusi interaktiv videosistemlə təchiz edilib.

Milli.Az