İnsanları lağa qoymaq günahdır

21 Oktyabr 2013 20:56
"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın." (Hücurat, 49/11).

Milli.Az İslam.Az-a istinadən xəbər verir ki, cəmiyyəti təşkil edən fərdlərin qarşılıqlı münasibəti səmimiyyət üzərində qurulmalıdır. Bu səmimiyyətin dərəcəsini ölçən alət isə qəlbdir. Hz. Muhamməd (s) "Allah sizin şəklinizə və mallarınıza baxmaz. Ancaq qəlblərinizə baxar" (Müslüm, Birr, 32) deyə buyurur. İnsan başqasının ancaq xarici görünüşü haqqında mülahizə yürüdə bilər, daxili aləmindən xəbərsizdir. Allah qatında dəyərli olan isə xarici görünüş deyil, qəlblərdəki təqvadır. Buna görədir ki, Peyğəmbərimiz (s) insanları məsxərəyə qoymaq barəsində belə buyurmuşdur: "Qardaşınla yersiz danışmaqdan çəkin və həddən artıq yersiz zarafatdan pəhriz et!" (əl-Mühəccətül-beyza, c.5, s.232).

Milli.Az