Abbas Bağırovun evində toy çalındı - FOTO

20 Oktyabr 2013 09:30
Ötən gün əməkdar artist Abbas Bağırovun ailəsində sevindirici gün kimi tarixə düşüb. Lent.az-ın məlumatına görə, A.Bağırovun bacısı Səbinə Bağırova Emin adlı bəylə ailə həyatı qurub. Paytaxt restoranlarının birində mətbuata qapalı gerçəkləşən toyda xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilərdən - Xəyyam Nisanov, Sevda Yahyayeva, aparıcı Afaq Gəncəli, prodüser Tolik və başqa tanınmışlar iştirak ediblər.  

Bildirək ki, A.Bağırovun bacısı ilə ailə həyatı quran bəy Abbasın yaxın dostudur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.