Yıxılmaqdan qoruyan corablar

20 Oktyabr 2013 22:42
Yaponlar ilişib yıxılmağın qarşısını alan corablar yaradıblar.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, zahirən onlar adi corablardan seçilmir. Ancaq barmaq hissəsi xüsusi sintetik materialdan hazırlanıb ki, bu da yeriyən zaman barmaqları yuxarı qaldırır. Beləliklə, adam yeriyəndə barmaqları pilləkənə dəyib zədələnmir.

İstehsalçıların sözlərinə görə, corablar ağırlıq mərkəzinin dabana yerdəyişməsini təyin edir və bununla yıxılma ehtimalını sıfıra endirir. Yenilik sınaqdan çıxarılıb və əla nəticə verib.

Yıxılmaq daha çox yaşlı insanlar arasında yayılıb. Nəticədə onlar ağır travmalar alırlar. Yaponiyanın səhiyyə xidmətinin məlumatına görə, 65 və yuxarı yaşlı hər üç adamdan biri ildə minimum bir dəfə belə bədbəxt hadisəylə qarşılaşır.

Corabların testi davam etdirilir, amma istehsalçılar ümid edirlər ki, yaxın 5 ildə onları satışa çıxarıb yaxşı pul qazanacaqlar.

Milli.Az