Stiv Cobs: dahi barədə 10 məqam

19 Oktyabr 2013 17:48

Stiv Cobs 2011-ci il oktyabrın 5-də dünyasını dəyişib. Lakin indiyə qədər onun şirkətin fəaliyyətinə töhfəsi haqqında mübahisələr səngimək bilmir.

1976-cı il 1 aprel

Milli.Az ICTnews-a istinadən bildirir ki, Cobs, Stiv Voznyak və Ron Veyn rəsmən öz şirkətini qeydiyyatdan keçirərək onu Apple Computer adlandırıblar.

Gələcək Apple korporasiyasının banisi Stiv Cobs və Stiv Voznyak olublar. Zamanla üçüncü iştirakçı - Ron Veyn peyda olub. 1970-ci illərin əvvəllərində Ron Veyn Atari şirkətində baş istehsalçı vəzifəsində işləyib. Stiv Cobs Ataridə mühəndis, Stiv Voznyak isə Hewlett Packard korporasiyasında işləyib. Onlar artıq o zaman fərdi kompüterin yaradılması ideyası barədə düşünməyə başlamışdılar.

671,4 min dollar 

 

Bu ilin mayında adı açıqlanmayan alıcı 1976-cı ildə istehsal edilmiş işlək Apple 1 kompüteri üçün 671.4 min dollar ödəyib. Kompüter Almaniyada düzənlənmiş hərracda satılıb. Bu qiymət Apple 1 kompüteri üçün rekord olub.

Xatırladım ki, Apple 1 kompüterləri 666,66 dollar qiymətinə satılıb.

27 yaş

Cobs 27 yaşında ikən ilk dəfə doğma bacısı ilə görüşüb. Məlumdur ki, Cobsun bioloji valideynləri ondan imtina ediblər. O, sonralar əsl valideynlərilə əlaqə saxlamayıb və hətta Cobsun ölümündən sonra Suriya əsilli atası deyib ki, onun nəsə deməyə sözü yoxdur.

Lakin Appleın banisinin doğma bacısı Mona Simpson kifayət qədər tanınmış yazıçıdır. Stiv 27 yaşında ikən ilk dəfə bacısı ilə görüşüb və KİV yazır ki o, Cobsa böyük təsir göstərib. "Mən qardaşımla fəxr edirəm - müsahibələrindən birində Simpson belə deyib. Biz demək olar ki, hər gün telefonla danışırıq" - Cobs etiraf edib.

1 dollar

Cobs 1996-cı ildə şirkətə yenidən qayıdıb və əsas əməkhaqqısı 1 dollar təşkil edib. Bundan başqa, o, istənilən başqa müəyyənləşdirilmiş bonuslardan məhrum edilib.

Buna baxmayaraq, Cobs milyarder idi, çünki Appleın səhmlərinin 5,426 milyonu, həmçinin Disney şirkətinin səhmlərinin 138 milyonu ona məxsus idi.

40 milyard dollar

Bu məbləği Cobs Android platforması ilə mübarizəyə xərcləməyə hazır idi. Onun fikrincə, Android platformasının populyarlığı Appleın texnologiyalarının köçürülməsi ilə əlaqəlidir. Mən son nəfəsimədək mübarizə aparacağam, bu haqsızlığı bərpa etmək üçün lazım gəlsə, 40 milyard dolların hər sentini xərcləyəcəyəm - Cobs deyib. Mən Android platformasını məhv etməyə hazırlaşıram, çünki bu, oğurluq məhsuldur.

Apple Android qurğuların ən böyük istehsalçıları olan Samsung və HTC şirkətləri ilə fəal mübarizə aparıb. Cobsun sözlərinə görə, onun məqsədi pul yox, şirkətin ideyalarının Android platformasında istifadəsinə qadağa qoymaq olub.

Maraqlıdır ki, Googleun keçmiş baş direktoru və hazırda şirkətin direktorlar şurasının sədri Erik Şmidt, 2006-2009-cu illərdə Appleın direktorlar şurasında təmsil olunub.

9 il

2003-cü ildə Cobsa mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu. O, 2004-cü ildə əməliyyat olunub və qaraciyərdə metastazlar aşkar edilib. O, həmçinin kimyəvi üsulla müalicə olunub. 2008-ci ildə xəstəlik inkişaf etməyə başlayıb, bundan sonra qaraciyərin köçürülməsi əməliyyatı keçirib. 2010-cu ilin sonunda artıq Cobsun vəziyyəti pisləşib. O, 2011-ci ilin yanvarında müddətsiz məzuniyyətə çıxıb və bundan sonra Appleın direktor postunu tərk edib, lakin direktorlar şurasının sədri vəzifəsində işləməyə davam edib.

Stiv Cobs 2011-ci il oktyabrın 5-də dünyasını dəyişib.

426 milyard dollar

Cobs dünyasını dəyişən günün səhəri Appleın kapitallaşdırma dəyəri 426 milyard dollar olub.

2011-ci ilin avqustunda Cobsun idarəçiliyi dövründə Apple kapitallaşdırma dəyərinə görə dünyanın ən bahalı şirkəti olub.

90%

Apple əməkdaşlarının 90%-i Stiv Cobsla görüşməyib. FTB-nin məxfi dosyesində qeyd olunub ki, onun əməkdaşları Cobsun qeyri-adi idarəçilik stilini bildiriblər. Bəzi həmkarları onu etibarsız şəxsiyyət kimi də xarakterizə ediblər.

Cobs şirkəti tərk edən zaman orada 60 min əməkdaş işləyib.

700 milyon

Sentyabrın sonunadək şirkət iOS mobil platforması ilə işləyən 700 milyonuncu qurğusunun satışını gözləyir. iPad pleyerləri, iPhone smartfonları və iPad planşetləri növbə ilə mobil bazarda kiçik çevrilişlər edərək dəbi təyin edən şirkətə çevrilib.

Güclü rəqabət şəraitində Apple

şirkəti riskə getməli olub. Məsələn, iPad mini və rəngli iPhone istehsalını nümunə göstərməli olub.

50 milyard

Şirkət bu ilin mayında App Store tətbiq mağazasından 50 milyardıncı yüklənməni elan edib. Hazırda App Store mağazasında 900 mindən çox proqram var. 

Milli.Az