Quba rayonunda möhtəşəm alma bayramı - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

19 Oktyabr 2013 19:17
19:17

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Qubada rayon icra hakimiyyətinin təşəbbüsü ilə möhtəşəm "Alma bayramı" keçirilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan bayram tədbirinə rayon rəsmiləri, ziyalılar, Milli Məclisin deputatları, Azərbaycandan kənarda yaşayan qubalı iş adamları, eləcə də 100-dən
artıq xarici ölkə nümayəndələri dəvət olunub.

Öncə çaparlar meydan boyunca yürüş keçirib. Bunun ardınca rayonda yaşayan azsaylı xalqların nümayəndələri milli geyimlərdə qonaqları salamlayıb. Qubada yetişdirilən alma növlərinin nümayiş olunduğu avtomobillərin paradı da maraqla qarşılanıb.

Tədbirdə 6 hektar ərazidə milli adət-ənənələrimizi əks etdirən "Qədim Quba" adlanan kompozisiya nümayiş etdirilib, iştirakçılara almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyl və içkilər təqdim olunub.

"Alma bayramı" yeni istifadəyə verilən "Yaşıl teatr"ın səhnəsində tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

--------
14:18

Bu gün Quba rayonunda möhtəşəm alma bayramı keçirilir.

Milli.Az-ın daimi oxucusu Hikmət Musayevin saytımıza göndərdiyi şəkilləri təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



---------
19:17