Yenilənmiş Mitsubishi Outlander - VİDEO - FOTO

4 Aprel 2015 22:48
Mitsubishi Motors Corporation şirkəti 2016-cı model ilinin yenilənmiş Outlander yolsuzluq avtomobilini rəsmi təqdim edib. Yeni Dynamic Shield dizayn və inanılmaz sayda - istehsalçının dediyi kimi 100-dən az olmayan konstruktiv dəyişikliklər əldə etmiş avtomobil Nyu-York avtosalonunda debüt edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yenilənmiş Mitsubishi Outlander yolsuzluq avtomobili özündən əvvəlki nəsildən ifadəli və cəlbedici dizaynı ilə fərqlənir. Bu tam mənası ilə həm interyerə, həm də eksteryerə aiddir. Şirkətdə markanın gələcəkdə böyüməsi və inkişafı üçün yeni modelin çox yaxşı əsas olacağına əmindirlər.

Avtomobilin mühərrik bölməsində iki mühərrikdən biri yerləşdirilə bilər. Bunlar ya 166 at güclü (220 Nm) 2,4 litrlik dörd silindrli 16 klapanlı MIVEC, ya da 224 at güclü (292 Nm) 24 klapanlı V6 MIVEC mühərrikləridir.

Yenilənmiş Mitsubishi Outlander yolsuzluq avtomobilinin qiymətləri və komplektasiyaları haqqında daha ətraflı məlumat satışların başlanması ərəfəsində səsləndiriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото