Türk gözü ilə BMW Sportback - FOTO

17 Oktyabr 2013 22:36
Sənaye dizaynı ixsisası üzrə təhsil alan türk tələbə İsmət Çevik öz Facebook səhifəsində BMW Sportback konseptinin xəyalən təsəvvür etdiyi bir neçə təsvirini dərc edib. Etiraf edilməlidir ki, gənc dizaynerdə konsept həqiqətən çox cazibədar alınıb və bu modellə bağlı layihələrin əksəriyyətindən fərqli olaraq, o reallığa çevrilməyə daha çox layiqdir.

Milli.Az 4cahrx.com-a istinadən bildirir ki, İsmət Çevik bu avtomobili işləyərkən çox ehtimal ki, 6-Series Gran Coupe 4 qapılı kupedən ilhamlanıb və onu 2 qapılı dəbdəbəli avtomobilə çevirməyi bacarıb.

BMW Sportback Concept konseptində qurulmuş və faktiki olaraq qırıq işıq diodu zolaqlarından ibarət olan unikal işıq texnikasına xüsusi diqqət ayırmağına dəyər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.