Cadillac CT6 təqdim olundu - FOTO

3 Aprel 2015 22:22
GM konserni 2016-cı model ilinin yeni Cadillac CT6 flaqman sedanını rəsmi təqdim edib. Beş metrdən artıq uzunluğu olan avtomobil yaraşıqlı dizayn və üç müxtəlif mühərrik (265, 335 və 400 a.g.) əldə edib. Avtomobil premial seqmentdə Audi A8, BMW 7-Series, Mercedes-Benz S-Class və Jaguar XJ modellərinə rəqib olmaq niyyətindədir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Cadillac CT6 rahatlığına və tutumuna görə BMW 7-Series ilə müqayisə edilə bilər. İnteryer yüksək keyfiyyətli materiallarla (dəbdəbəli dəri, ekzotik ağac və karbon) işlənib və müasir, yaraşıqlı dizayna, həmçinin 10,2 düymlük displeylə məlumat-əyləncə sisteminə sahibdir. Avtomobil smartfonların naqilsiz doldurulması, Wi-Fi giriş nöqtəsi sistemləri ilə təchiz edilib və 4G LTE köməyi ilə internetə çıxış imkanına malikdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.