Dəyişdirilmiş Audi A3 Coupe

13 Oktyabr 2013 17:06
"Audi" artıq A3-ü bir neçə banda təklif edir: 3-qapılı hetçbek, 5-qapılı hetçbek, sedan və kabriolet. Buna görə də "X-Tomi Design"-nın əməkdaşları render kupe yaratmaq qərarına gəldilər.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "A3 Cabrio"-dan ilham alan "A3 Coupe" qabaq şüşədə alüminium çərçivə və dəbli dam ilə tamamlanan tanış dizayn alıb. Ümumilikdə isə avtomobilin dizaynı kifayət qədər konservativ görünür. Lakin yenə də bu modifikasiyanı "A3" model sırasında artıq adlandırmaq mümkün deyil.

"Audi" rəsmilərinin "A3 Coupe"-nin buraxılışı barədə məlumat vermədiklərinə baxmayaraq, biz zənn edirik ki, əgər o buraxılsa bizə yaxşı məlum olan mühərriklər alacaq: 140 a.g.-lü 1.4-litrlik TFSI (103 kVt), 180 a.g.-lü 1,8-litrlik TFSI (132 kVt) və 150 a.g.-lü 2,0-litrlik TDI (110 kVt).

"S" variantı 300 a.g.-ü və 380 Nm fırlanma anı verən 2,0-litrlik TFSI mühərriki aldığına görə daha cəlbedici görünür.

Milli.Az