Milli.Az 4charx.com-a istinadən bildirir ki, Wraith. And the World Stood Still filmi (təqdimat videoçarxı) dəbdəbəli Wraith kupenin premyerası üçün buraxılmışdı. Məqsəd Rolls Royce markası tarixində ən güclü və yüksək texnoloji xüsusiyyətlərə malik avtomobili nümayiş etdirməkdir. Videoçarxın çəkilişləri Barselona yaxınlığında gizli bir ərazidə aparılıb. Bu zaman ən yüksək texnoloji avadanlıqlardan və 36 kompüterdən, 1,5 km kabeldən istifadə edilib. Prosesə ən peşəkar rejissorlardan biri rəhbərlik edib. Nəticədə təqdimat videoçarxı 26th International Visual Communications Association Awards müsabiqəsinin fantastik kino nominasiyasında qalib olub.
Təqdim edilən Rolls-Royce Wraith Inspired by Film xüsusi modifikasiyası Britaniya brendinin dünya kinomatoqrafına bağlılığını göstərir. Xüsusi avtomobil eksklüziv gümüşü rəngdədir və iri radiator barmaqlığı üzərində ənənəvi Spirit of Ecstasy yerləşir. Rolls-Royce Wraith Inspired by Film xüsusi kupenin salonunda ikili rəng tonlarını və həmçinin təbii ağac və alüminiumdan taxmaları görmək mümkündür.
Rolls-Royce Wraith Inspired by Film zərif kapotu altında 624 a.g. və 800 Nm fırlanma anı hasil edən 6,6 litrlik tvin-turbo V12 mühərriki yer alıb. Avtomobil 0-100 km/saat sürətlənməni 4,6 saniyədə həyata keçirir.
Milli.Az