Mark Zukerberq qonşuların evlərini aldı - FOTO

12 Oktyabr 2013 11:21
Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Zukerberq daşınmaz əmlak sahəsində əməliyyatlarını davam etdirir.

Milli.Az San Jose Mercury News-a istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko yaxınlığında, Silikon Vadisindəki evinin qonşuluğundakı 4 evi də satın alıb.

Zukerberq bu evlər üçün 30 milyon dollar ödəyib.

İlkin məlumatlara görə, Zukerberq həmin evləri sökmək və indiki evinin yerində böyük malikanə inşa etdirmək niyyətində deyil.

O, qonşuluqdakı evləri icarəyə vermək və bununla da həmin evlərin satın alınmasının qarşısını almaq niyyətindədir.

Mark Zukerberq Silikon Vadisindəki evini iki il əvvəl 7 milyon dollara satın almışdı.

Yerli şirkətlərdən biri Mark Zukerberqin evinin yanındakı evləri satın almaq, onların yerlərində malikanələr tikmək və "Facebook sahibinin qonşuluğundakı malikanə"lər kimi reklam edərək baha qiymətə satmaq fikrində idi.

Zukerberq də buna mane olub, çünki o, sakit və rahat həyata çox böyük önəm verir.

Facebook sahibinin qərarı qəbul etməsində onun arvadı Prissilla Çenin də böyük rol oynadığı vurğulanır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: Daily Mail