Yeni Honda CR-Z-in satışı başlandı - FOTO
10 Oktyabr 2013 17:54
100 km məsafədə cəmi 3,7 litr benzin sərf edən hibrid CR-Z elektrik mühərriki ilə birgə çalışan 1,5 litr həcmli 4 silindrli i-VTEC mühərriklə təchiz edilib. 15 kilovattlıq elektrik mühərriki sürətlənmə zamanı benzin mühərrikinə kömək edir, tormozlanma zamanı isə rekuperasiya, kinetik enerjinin toplanması və akumulyatorların enerji ilə doldurulması proseslərini həyata keçirərək generator rolu oynayır. İstismar şəraitindən asılı olaraq avtomobil Econ, Normal və ya Sport rejimlərindən birini seçə bilər. Milli.Az 4charx.com-a istinadən bildirir ki, şirkətdən onu da qeyd ediblər ki, yebi CR-Z üzbəüz toqquşma zamanı zədə almaq riskini minimuma endirən kuzovun özünəməxsus konstruksiyası hesabına yüksək dərəcədə təhlükəsizlik səviyyəsinə malikdir. Passiv təhlükəsizliyə görə ön və arxa təhlükəsizlik yastıqları, aktiv başaltılar və təhlükəsizlik kəmərləri cavabdehdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


