SsangYong-dan Nissan-a rəqib - FOTO

10 Oktyabr 2013 17:10
SsangYong şirətindən olan koreyalılar növbəti Cenevrə motorşousuna ciddi hazırlaşırlar. Məhz həmin tədbirdə onlar Nissan Juke rəqibini təqdim edəcəklər. 2015-ci ilin əvvəlində isə yeni model artıq satışa çıxmalıdır. O, seriya nümunəsinə yaxın variantda nümayiş etdiriləcək.

Krossover kompakt platformada hazırlanıb və biri benzin, digəri dizel olan bir cüt 1,6 litr həcmli mühərriklərlə debüt edəcək. Bu modellə Koreya avtoistehsalçısı öz zavodunu vətənində maksimal istehsal səviyyəsinə çıxarmaq və gəlir əldə etmək niyyətindədir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, krossoverin eksteryeri iki əvvəl Frankfurt avtosalonunda nümayiş etdirilmiş XIV-1 konsepti üslubunda icra edilib. O özündə müasir SsangYong üçün qətiyyən səciyyəvi olmayan təmiz müasir cizgiləri və silueti ehtiva edir. Eyni zamanda şirkət əmin edir ki, model Avropaya çox-çox cəlbedici qiymətə çatdırılacaq.

Qeyd etmək lazımdır ki, koreyalılar bu avtomobilin bazara çıxmasını çox səbirsizliklə gözləyirlər, çünki, indi onlar yalnız tam ölçülü yedi nəfərlik tam ötürməli, eyni zamanda Avropa bazarında elə bu cür cəlbedici qiymətə satılan Rexton krossoverinə ümid edə bilirlər. Şirkət buraxdığı avtomobillərlə istifadədə olmuş premium-klas avtomobilləri ilə rəqabət aparmaq niyyətindədir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.