Windows XP və Office 2003-ün ömrünə 6 ay qaldı

10 Oktyabr 2013 21:55
Microsoft xatırladıb ki, Windows XP əməliyyat sistemi və Office 2003 ofis proqramlar paketinin texniki dəstəyinin başa çatmasına 6 ay qalır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 6 ay sonra Windows XP əməliyyat sistemi ilə işləyən kompüterlərə virus, casus proqramları və başqa təhlükələrdən qorumağa kömək edən təhlükəsizlik sistemi üçün yeniləmə paketi quraşdırılmayacaq.

Milli.Az