Kia yeni Optima-ı göstərdi - FOTO

4 Aprel 2015 23:47
Nyu-Yorkda keçiriləcək beynəlxalq avtosalon ərəfəsində "Kia" şirkəti sedan "Optima"-nın yeni nəslinin ilk şəkillərini dərc etdirib. 

Şəkildən göründüyü kimi, yeni "Kia Optima"-nın dizaynı bu ay Cenevrə avtosalonunda göstərilmiş universal konsept "Sportspace"-ə bir çox cizgiləri ilə bənzəyir. 

Milli.Az auto.az-a istinadən bildirir ki, radiator barmaqlığını, bir qədər "çəp" fənərləri, böyük bamperi və üç bucaqlı havaçıxıntılarını qeyd etmək lazımdır. 

"Kia"-nın qeyri-rəsmi informasiyasına əsasən, yeni "Optima" geniş mühərriklər qamması, daha geniş interyer, premium sinfinə aid opsiya və hazırki modeldə olmayan bir çox müasir texnologiyalar alacaq. 

Qeyri-rəsmi məlumatlara görə, ABŞ-da yeni nəsil sedan yeni "Hyundai Sonata" ilə eyni mühərrik alacaq - 1,6-litrlik və 2,0-litrlik turbomühərrik, o cümlədən 2,4-litrlik "atmosferli" mühərrik. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.