Samuel Eto’O qərarından daşındı
10 Oktyabr 2013 15:02
Kamerun yığmasının və "Çelsi"nin ulduz oyunçusu Samuel Eto'O qərarından dönüb.
Milli.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı forvard yenidən yığmaya qayıdacağını bildirib.
"Bir çox problem yaşaya bilərsiniz, amma həmişə vəzifənizi yerinə yetirməlisiniz. Hazırkı vəzifəm də Tunisdə olan komanda yoldaşlarıma qoşulub oradan yaxşı nəticə ilə qayıtmaqdır".
Qeyd edək ki, Kamerun millisi 13-17 oktyabr tarixlərində DÇ-2014-ün pley-off mərhələsi çərçivəsində Tunislə qarşılaşacaqlar.
Milli.Az